AZ

Gələn ilin manatı nə gözləyir? EKSPERT

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin iclası keçirilin. İclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsin müzakirə edilib. 

Modern.az-ın məlumatına görə, komitə sədri Azər Allahverənov 2026-cı ildə də manatın dəyərinin olduğu kimi qalmasının gözləndiyini bildirib.

İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, məzənnə sabitliyi növbəti il də qiymət sabitliyinin əsası olacaq:

"2026-cı ilin büdcə müzakirələri zamanı, hər il olduğu kimi, bu il də çox maraqlı məqamla və fikirlər səsləndirilir. Hazırkı mərhələdə ictimaiyyət üçün ən diqqətçəkən mövzulardan biri manatın gələn ildə məzənnə perspektividir. Mərkəzi Bank rəhbərinin çıxışları göstərir ki, növbəti ildə də manatın məzənnə sabitliyi qorunacaq.

Deməli, qiymət sabitliyi və makroiqtisadi balansın təmin edilməsi prioritet olaraq qalır. MB rəhbəri xüsusi olaraq vurğulayıb ki, 2026-cı ildə pul siyasətinin əsas məqsədi inflyasiyanı hədəf diapazonunda saxlamaqdır. Pul siyasəti mövcud rejim çərçivəsində həyata keçiriləcək və məzənnə sabitliyi növbəti il də qiymət sabitliyinin əsası olacaq.

Vətəndaş üçün də ən həssas məsələ budur, yəni manatın dəyəri. Əməkhaqqı, pensiya, gündəlik gəlir və xərclər hamısı manatla formalaşır. İndiki şəraitdə manatın dollar qarşısında sabit saxlanılması həm inflyasiyanın nəzarətdə qalması, həm də insanların real gəlirlərinin qorunması üçün ən doğru yoldur".

E.Əmirov bu yanaşmanın təqdim edilən proqnozlara görə iqtisadi əsasının olduğunu deyib:

"2026-cı ildə tədiyə balansının cari əməliyyatlar hesabında təxminən 3 milyard manat profisit gözlənilir. Bu profisit, eyni zamanda, valyuta bazarında sabitliyi dəstəkləyən mühüm amillərdən biridir.

Bir sözlə, 2026-cı ilə dair mənzərə sabitdir. Mərkəzi Bank üçün əsas prioritetlər yenə də qiymət sabitliyi, manatın dəyərinin qorunması və maliyyə sabitliyinin təmin edilməsidir. Bu yanaşma həm bazarda inamı gücləndirir, həm də manatının alıcılıq qabiliyyətini müdafiə edir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
3
modern.az

5Mənbələr