EN

Daha bir İcra Hakimiyyətində yoxlamalara başlanıldı KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır, Hesablama Palatası nəzarət tədbiri həyata keçirir.

KONKRET.az  xəbər verir ki, “Ajans.az” məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
23
konkret.az

10Sources