EN

Politoloq: Sülhün açarı Ermənistanın öhdəliklərinə sadiqliyindədir

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycan və Ermənistan arasında prioritet məsələlər Vaşinqton Bəyannaməsinin tələblərinin yerinə yetirilməsidir. Azərbaycan üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Ermənistan tərəfindən də müəyyən müsbət meyillər müşahidə olunur və sülh prosesi ilə bağlı mütəmadi açıqlamalar verilir". Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.O, bildirib ki, bu prosesi təhdid edən qüvvələrə qarşı Ermənistan hökumətinin atdığı addımlar da onların bu istiqamətdə sabit mövqe sərgiləməyə çalışdığını göstərir:"Vaşinqton Bəyannaməsində Azərbaycanın ədalətli və haqlı tələbləri tam nəzərə alınıb. Bununla yanaşı, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı da üzərinə öhdəlik götürüb. Azərbaycan Zəngəzur dəhlizinin açılması istiqamətində texniki işləri demək olar ki, tamamlayıb. Əsas məsələ Ermənistanın bu prosesi hansı şəkildə və hansı zaman çərçivəsində həyata keçirəcəyidir. Məlumatlara görə, Ermənistanda texniki işlər müəyyən vaxt tələb edir".Ekspert hesab edir ki, Ermənistan bu prosesi daha sürətlə icra etməlidir:"Eyni zamanda sülhə təhdid yaradan bütün faktorlar aradan qaldırılmalı, Ermənistanın siyasi fəaliyyəti isə xarici qüvvələrin prosesə müdaxiləsi ehtimalını minimuma endirməyə yönəlməlidir".Əfsanə Kamal

Demokrat.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
demokrat.az

1Sources