EN

Zelenski ABŞ-ni Ukraynaya qarşı dürüst olmağa çağırdı

BAKI, 4 noyabr. TELEQRAF

Ukraynanın uzaqmənzilli silahlar sahəsində ABŞ-nin dəstəyinə ehtiyacı var. O silahların Ukrayna ordusunda olması, çəkindirici amil ola bilər.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, Rusiya hazırda Ukrayna üzərində hərbi qələbəyə nail olmaq istəyir. Lakin Avropa Rusiyaya təzyiqlərini davam etdirsə, bu heç vaxt baş verməyəcək.

"Və Amerika Birləşmiş Ştatları uzaqmənzilli silahların imkanları ilə bağlı dürüst olmalıdır. Bu, çox vacibdir. O silahların bizdə olması çəkindici faktor kimi önəm daşıyır", - Zelenski vurğulayıb.

Zelenski əlavə edib ki, Trampın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar çox vacibdir, lakin bunlarla məhdudlaşmamalıdır:

“Rusiyanın nüvə enerjisinə qarşı əlavə, daha sərt sanksiyalar lazımdır”, - o izah edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə son görüşündə Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri verməkdən imtina edib.

Chosen
61
teleqraf.com

1Sources