EN

Türkiyəli nazir bütün orqanlarını bağışlayacaq

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayacağını açıqlayıb.

Sitat.info əbər verir ki, nazir Ankarada Bilkent Şəhər Xəstəxanasının inzibati binasında Orqan Donorluğu Həftəsi çərçivəsində keçirilən toplantıda çıxışı zamanı bütün orqanlarını bağışlayacağını bildirib.

"Bu, təkcə xeyirxah əməl deyil, həm də başqa bir insana həyat bəxş etməkdir" - K.Memişoğlu bildirib.

Nazirin açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bu addımı vətəndaş məsuliyyəti nümunəsi kimi qiymətləndirib, bəziləri isə belə bir qərarın İslam normalarına uyğun olmadığını bildirib./Teleqraf

Chosen
21
5
sitat.info

8Sources