AZ

Türkiyənin səhiyyə naziri bütün orqanlarını bağışlayacaq

BAKI, 4 noyabr. TELEQRAF

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bütün orqanlarını bağışlayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, nazir Ankarada Bilkent Şəhər Xəstəxanasının inzibati binasında Orqan Donorluğu Həftəsi çərçivəsində keçirilən toplantıda çıxışı zamanı bütün orqanlarını bağışlayacağını bildirib.

"Bu, təkcə xeyirxah əməl deyil, həm də başqa bir insana həyat bəxş etməkdir" - K.Memişoğlu bildirib.

Nazirin açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər bu addımı vətəndaş məsuliyyəti nümunəsi kimi qiymətləndirib, bəziləri isə belə bir qərarın İslam normalarına uyğun olmadığını bildirib.

Seçilən
76
5
teleqraf.com

8Mənbələr