EN

Əvvəl bilet tapmadığını dedi, sonra qanunsuz bilet satdığı üzə çıxdı VİDEO

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ”- "Çelsi” oyununa qanunsuz bilet satanlar höbs olunub.AZXEBER.COM xəbər verir ki, bu gün saxlanılan 5 nəfərdən biri bir neçə saat əvvəl bilet ala bilmədiyini, bilet almaq istəyərkən balansından məbləğin çıxılmadığını, imtina cavabı aldığını bildirib.O Baku TV-yə müsahibəsində bu haqda danışıb. Bir neçə saat öncə qanunsuz bilet satdığına görə kiberpolis tərəfindən saxlanılıb.Həmin şəxsin öncəki və sonrakı videosunu təqdim edirik: Qeyd edək ki, bu gün kiberpolisin keçirdiyi əməliyyat nəticəsində biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də "qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar.Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.

Bu gönderiyi Instagram'da gör

Azxeber Media (@azxeber)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
demokrat.az

1Sources