EN

Ceyhun Bayramov əlcəzairli spikerlə görüşüb

Ceyhun

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə səhifəsində paylaşım edilib.

Bildirilib ki, müzakirələr iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə yönəlib: "Hər iki tərəf təcrübə və nailiyyətlərin mübadiləsinin, həmçinin siyasi, iqtisadi və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqinin vacibliyini vurğulayıb".
Chosen
40
9
reyting.az

10Sources