EN

Media: Ağ Ev Venesuelada hərbi əməliyyatlar üçün üç variantı nəzərdən keçirir

Bakı, 5 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın administrasiyası Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə Venesuelaya qarşı hərbi əməliyyatın üç mümkün ssenarisini nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” xəbər yayıb.

Məlumatda bildirilir ki, birinci variant Venesuela hərbi obyektlərinə hava hücumları həyata keçirərək ordunun Maduroya dəstəyini zəiflətməyi nəzərdə tutur. Bu addımın tərəfdarları hesab edir ki, o, Maduronu ölkədən qaçmağa məcbur edə bilər.

İkinci variant elit “Navy SEAL” bölməsinin Prezident Maduronun tutulması və ya öldürülməsi məqsədilə göndərilməsini ehtiva edir. Üçüncü plan isə Vaşinqtonun hava limanlarını, neft yataqlarını və bəzi infrastruktur obyektlərini ələ keçirmək üçün antiterror qüvvələri göndərə biləcəyini göstərir.

Chosen
20
3
azertag.az

4Sources