EN

Bakıda avtobus qəza törədib obyektə çırpıldı: Xəsarət alan şəxsin adı məlum oldu

Bu gün axşam saatlarında Binəqədi rayonunun Biləcəri qəsəbəsində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.

KONKRET.az xəbər verir ki, Oxu.Az hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, ilkin məlumata görə, Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb.

Nəticədə, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alib.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
58
8
konkret.az

10Sources