EN

“Putin 97 yaşına qədər hakimiyyətdə qalmaq və hakimiyyəti oğluna ötürmək istəyir” – İDDİA

Musavat.com xəbər verir ki, Britaniyanın Daily Star nəşri jurnalist İlya Davlyatçinə istinadən yazıb ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə qalmağı 2050-ci ilə qədər planlaşdırır. Hazırda 72 yaşı olan Putin həmin vaxta 97 yaşında olacaq.

Mənbənin iddiasına görə, Kremlin rəhbəri bundan sonra hakimiyyəti 10 yaşlı oğlu İvana ötürmək niyyətində ola bilər.

Xatırladaq ki, 2020-ci ildə qəbul edilən Konstitusiya dəyişikliyi Putinə ən azı 2036-cı ilə qədər prezident postunda qalmaq imkanı verir. O, artıq Rusiya tarixində Stalinlə müqayisə ediləcək qədər uzunmüddətli lider sayılır və keçmiş əsrin bir çox diktatorlarını hakimiyyətdə qalma müddətinə görə geridə qoyub.

Ekspertlər hesab edirlər ki, əgər Putin doğrudan da 2050-ci ilə qədər iqtidarda qala bilsə, bu halda o, İvan Qroznı ilə eyni səviyyəyə yüksələcək və Kim İr Sen, Qəddafi və Fidel Kastro kimi liderləri geridə qoyacaq.

Məlumata görə, Putin uzunömürlülük və sağlamlıq texnologiyalarına xüsusi maraq göstərir və bu mövzuda Çin lideri Si Cinpinlə dəfələrlə fikir mübadiləsi apardığını etiraf edib. 

 

Musavat.com

Chosen
24
2
musavat.com

6Sources