EN

ABŞ-də davam edən şatdaun ölkə tarixində hökumətin ən uzunmüddətli fəaliyyətsizliyi kimi qeydə alınıb

Bakı. Trend:

ABŞ-də federal hökumətin 1 oktyabr gecə yarısından etibarənfəaliyyətini qismən dayandırması (şatdaun) ölkə tarixində ənuzunmüddətli hökumət fəaliyyətsizliyi kimi qeydə alınıb və bununlada Donald Trampın prezidentliyi dövründə (2017–2021) 2018–2019-cuillərdə baş verən əvvəlki rekordu yeniləyib.

Trend xəbər verir ki, həminvaxt – 2018-ci il dekabrın 22-də başlayan şatdaun 35-ci gün –2019-cu il yanvarın 25-də başa çatmışdı.

O zaman Konqresin hər iki palatasında aparılan səsvermədən sonraAğ Ev Trampın müvafiq qanunu ABŞ-nin şərq sahili vaxtı ilə saat21:23-də imzaladığını açıqlamışdı. Nəticədə hökumətin fəaliyyətsizqalma müddəti ümumilikdə 34 gün, 21 saat və 23 dəqiqə davametmişdi.

Son məlumata görə, 4 noyabr saat 20:24-ə (Bakı vaxtı ilə 5noyabr 05:24) olan vəziyyətə əsasən, federal hökumətin işini bərpaetmək üçün maliyyələşmə ayrılmasını nəzərdə tutan qanun layihəsihələ də Konqres tərəfindən razılaşdırılmayıb. ABŞ-nin noyabrın 2-dəqış vaxtına keçməsi nəzərə alınarsa, şatdaun artıq 34 gün, 21 saatvə 24 dəqiqədir ki, davam edir.

Beləliklə, bu, ABŞ tarixində qeydə alınmış ən uzunmüddətlihökumət bağlanması olub.

Chosen
31
az.trend.az

1Sources