EN

“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"

Almaniyanın uzaqmənzilli "Taurus" raketlərinin istifadəsi Ukraynada münaqişənin gərginləşməsinin növbəti mərhələsi ola bilər.

Publika.az xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Cim Catras "YouTube" kanalında bildirib.

Ekspert qeyd edib ki, Qərbin vəziyyəti gərginləşdirmək üçün bir çox başqa yolları var, o cümlədən mümkün yalançı təxribatlar.

"Biz həmişə yalançı təxribatlarla üzləşə bilərik. MI6 yəqin ki, hazırda nəsə hazırlayır", - Catras əlavə edib.

Chosen
36
publika.az

1Sources