ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanlı hakim Əliyar Ağayev Çempionlar Liqasında IV turda keçirilən “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyununu idarə edib.
Futbolpress.az xəbər verir ki, görüş London klubunun qələbəsiylə başa çatıb – 3:0.
Ağayev matçda çexlərin 3, ingilislərin 4 futbolçusuna sarı vərəqə göstərib. İlk hissədə “Arsenal” lehinə penalti qərarı verən referi ikinci hissədə isə “11 metrə” zamanı VAR müdaxiləsi ilə üzləşib.
84-cü dəqiqədə “Slaviya”nın lehinə penalti təyin edən hakim VAR-ın müdaxiləsindən sonra qərarını ləğv edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.