EN

Rusiya mane olmasa, ayın sonuna qədər… Zelenski açıqladı

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkə noyabrın sonuna qədər gündə 600–800 ədəd ucuz, lakin sürətli kvadrokopter istehsal etməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Biznes İnsayder” (Business Insider) məlumat yayıb.

“Payızda gündə 1000 ədəd məhvedici dron istehsal olunacağını demişdim. Əlbəttə, bu asan məsələ deyil. İnanırıq ki, noyabrın sonuna qədər, əgər heç bir problem olmasa, gündə 600–800 dron istehsal ediləcək”, – deyə Zelenski jurnalistlərə deyib.

O əlavə edib ki, Rusiya hücumları və təxribatları prosesə mane olmadığı müddətcə bu plan həyata keçəcək.

Qeyd edək ki, Ukrayna və Qərb mənbələri İran istehsalı “Şahid-136” dronunun qiymətini 20–70 min dollar arasında qiymətləndirir, yerli məhvedici dronlar təxminən 3–6 min dollara başa gəlir.(axar.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
icma.az

2Sources