EN

Bakıda məktəbli qızı maşın vurdu

BAKI, 5 noyabr. TELEQRAF

Noyabrın 4-də Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, Rəhimov Əbdürəhman Natiq oğlu idarə etdiyi “Kia Sorento” markalı avtomobillə hərəkətdə olarkən 2012-ci il təvəllüdlü Qədəşova Banu Zahid qızını vurub.

Azyaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkmişin ölümü ilə nəticələndikdə) ilə cinayət işi başlanıb, istintaq aparılır.

Chosen
23
1
teleqraf.com

2Sources