EN

ABŞ-da tarixi qələbə: Məmdani Nyu-Yorkun ilk müsəlman meri oldu

ABŞ-da Demokrat Partiyasının namizədi Zöhran Məmdani Nyu-Yorkda keçirilən mer seçkilərində qalib gəlib.

Publika.az “Associated Press”ə istinadən xəbər verir ki, Məmdani 50,4 faiz səs toplayaraq şəhərin ilk müsəlman meri olub.

O, müstəqil namizəd Endryu Kuomonu təxminən 9 faiz geridə qoyub. Kuomo 41,4 faiz, Respublikaçı namizəd Körtis Sliva isə 7,3 faiz səs qazanıb.

Xatırladaq ki, seçkilərdən bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında Məmdaninin qalib gələcəyi təqdirdə Nyu-Yorka federal maliyyələşdirməni dayandıracağı ilə hədələyib.

Chosen
33
publika.az

1Sources