EN

Laçında restoranda dava düşdü, 1 nəfər həbs edildi – TƏFƏRRÜAT

BAKI, 5 noyabr. TELEQRAF

Laçın şəhərində restoranda dava düşüb, bir nəfər həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Laçın şəhəri ərazisində yerləşən “Aynalı” restoranında baş verib.

Rayon sakini, 2002-ci il təvəllüdlü Vüqar Səfərov sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədib və orada olan Vüsal Babayevi (ad-soyad şərtidir 0-red.) təhqir etməklə ictimai qaydanı pozub.

Hadisəni törədən Səfərovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Laçın şəhəri ərazisində yerləşən “Aynalı” restoranında sərxoş halda ucadan nalayiq söyüşlər söyərək səs-küy salıb, orada olan Vüsal Babayevi söyərək təhqir edib: “Sərxoş olduğum üçün orada baş verənlərdən xəbərim olmayıb. Bununla da bilməyərəkdən xırda xuliqanlıq əməlini törətmişəm”.

Bu işə Laçın Rayon Məhkəməsində baxılıb. V. Səfərov 5 gün müddətinə inzibati qaydada həbs edilib. Onun cəzaçəkməsinin əvvəli bu ilin noyabrın 4-dən hesablanması qərara alınıb.

Chosen
20
1
teleqraf.com

2Sources