EN

Son iki ildə Azərbaycan üzərindən 10 narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alındı

Son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10 narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik vasitə müsadirə edilib. Bu barədə Vyanada keçirilən Narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclasında məlumat verilib.

Məlumata görə, 2019-2024-cü illər ərzində hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi çərçivəsində 47 min 863 fakt aşkar edilib.

Qeyd olunan dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla, ümumilikdə 39 min 2 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Aytac 

Chosen
3
8
anews.az

9Sources