EN

179 nömrəli məktəbdə sanitar qovşaqla bağlı iddialara aydınlıq gətirildi: “Əslində, qızlar üçün deyil”

Sosial şəbəkələrdə 179 nömrəli tam orta məktəbdə qızlar üçün nəzərdə tutulan sanitar qovşağın qapısının olmaması barədə paylaşılan görüntülər müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur:

“Sosial şəbəkədə yayılan görüntülərdə qızlar üçün nəzərdə tutulan sanitar qovşağın qapısının olmaması deyilsə də, əslində, bu, oğlan üçün nəzərdə tutulmuş sanitar qovşaq olub.

Məktəb infrastrukturunun yenilənməsi və məktəb şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir”.

179 nömrəli məktəblə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Məktəbə etdiyimiz telefon zəngləri cavabsız qaldı.

Chosen
10
editor.az

1Sources