EN

“Sabah” “Nant”a, “Qarabağ” “Çelsi”yə qarşı

“Sabah” və “Qarabağ”ın U-19 komandaları UEFA Gənclər Liqasında növbəti matçlarını bu gün keçirəcəklər.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələsinin IV turunda, Bakıda İngiltərənin “Çelsi” kollektivini qəbul edəcək.

Oyun “Azərsun Arena”da, saat 15:00-da start götürəcək.

“Sabah” isə UEFA Gənclər Liqasının II təsnifat mərhələsinin cavab matçında Fransa təmsilçisi “Nant”ı qəbul edəcək. Bu görüş Əlincə sradionunda, saat 17:00-da başlayacaq. “Bayquşlar” səfərdəki ilk görüşdə rəqibinə 0:5 hesabı ilə uduzub.

Chosen
41
4
msport.az

10Sources