EN

6 noyabr tarixində “Zirvədə Mükəmməllik!” şüarı altında Comelson Business Forum 2025 tədbiri keçiriləcək

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

6 noyabr tarixində “Zirvədə Mükəmməllik!” şüarı altında Comelson Business Forum 2025 tədbiri keçiriləcək.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Azərbaycanın ən dinamik biznes tədbirlərindən biri – Comelson Business Forum 2025 bu il “Zirvədə Mükəmməllik!” şüarı altında baş tutacaq. Forumun məqsədi ölkənin startaplarından tutmuş iri şirkətlərinə qədər bütün sahibkarları bir platformada birləşdirmək, innovativ ideyaların paylaşılmasına, tərəfdaşlıqların qurulmasına və yeni biznes imkanlarının formalaşmasına şərait yaratmaqdır.

Forum panel müzakirələri, masterklasslar, pitch sessiyaları və şəbəkələşmə zonaları ilə zəngin proqram təqdim olunacaq. İştirakçılar maliyyələşmə, bazara çıxış, rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı biznes modelləri kimi aktual mövzularda praktik biliklər əldə edəcəklər.

Forumun aparıcısı Abbasağa Əlizadə, moderatorları isə biznes və marketinq sahəsində tanınmış mütəxəssislər — Sakit Səmədov (DESTEC Group), Sabir Camal (Kontakt Home), Gülşən Cumayeva (PAŞA Kapital) və Aynur Xəlilova (By Aynur Khalilova Atelier) olacaq.

16 spikerin iştirakı ilə 4 əsas panel təşkil olunacaq:

“Biznes və Strategiya: Yeni dövr”“Davamlı Biznesin İnkişafı – Liderlik və İnsan Resursları”“Qadın Təşəbbüskarlığı və Sosial Liderlik”“Rəqəmsal Transformasiya və Süni İntellekt: Yeni Nəsil Biznes Modelləri”

Forumun Davos tipli formatı – açıq dialoqlar, canlı müzakirələr və B2B əlaqələr üzərində qurulub. Bu yanaşma sayəsində tədbir həm real tərəfdaşlıqların, həm də yeni layihələrin yaranması üçün məhsuldar platforma rolunu oynayacaq.

Comelson Business Forum Azərbaycan sahibkarlığının yeni nəsil liderlərini bir araya gətirir, yerli ideyaların qlobal səviyyədə tanıdılmasına xidmət edir.

Forumun rəsmi sosial şəbəkə hesabları:

Instagram / Facebook / Telegram: @comelsonforum Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
bizimyol.info

1Sources