EN

İMQ HƏMAS ın 200 silahlısını gizləndiyi tunelləri məhv edirb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Atəşkəs danışıqları çərçivəsində vasitəçilər üzərindən HƏMAS-ın göstərdiyi təzyiqlərə baxmayaraq, İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzanın cənubunda əməliyyatlarını davam etdirir. Ordunun mühəndis bölmələri Rəfah bölgəsində tunellərin aşkar olunması və məhv edilməsi istiqamətində iş aparır. Bu ərazi hazırda İMQ-in əməliyyat nəzarəti altındadır.

Bizimyol.info xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi məlumata görə, həmin zonada təxminən iki yüz silahlı döyüşçü yeraltı sistemlərdə gizlənir. Təşkilat vasitəçilər yolu ilə onlara təhlükəsiz çıxış dəhlizi verilməsi üçün İsrailə müraciət edib. İsrail isə öz növbəsində bütün girovların – həm sağ, həm də həlak olmuş şəxslərin – geri qaytarılmasını tələb edib və eyni zamanda tunellərin aşkar və məhv edilməsini davam etdirir.

İMQ mətbuat xidməti daha əvvəl bildirmişdi ki, “İftax” 11-ci briqadası və 188-ci zirehli briqadanın döyüş bölmələri 252-ci diviziyanın komandanlığı altında Qəzza sektorunun şimalında, “sarı xəttin” şərq hissəsində fəaliyyət göstərməkdə davam edir. Bu əməliyyatlar atəşkəs razılaşması və siyasi rəhbərliyin göstərişlərinə uyğun həyata keçirilir. Atəşkəs qüvvəyə mindikdən sonra “İftax” briqadasının döyüşçüləri Qəzzanın şimalındakı Səcaiyyə məhəlləsinin mərkəzində HƏMAS-a məxsus buraxılış qurğuları, raketlər və atış mövqeləri yerləşən kompleks aşkar ediblər.

188-ci briqadanın döyüş qrupuna daxil olan hərbçilər və “Ya’alom” mühəndis-sapyor bölməsi Cəbaliyyə bölgəsində bir neçə yüz metr uzunluğunda və onlarla metr dərinliyində tunel aşkarlayaraq məhv ediblər. Bu tunel HƏMAS silahlıları tərəfindən həm gizlənmək, həm də İMQ-nə qarşı terror hücumlarına hazırlaşmaq məqsədilə istifadə olunurdu.

Bundan başqa, İMQ şimal cəbhəsində “sarı xətti” keçərək İsrail qüvvələrinə yaxınlaşan bir döyüşçünün zərərsizləşdirildiyini açıqlayıb. Onun aşkar edilməsindən dərhal sonra İsrail Hərbi Hava Qüvvələri və quru bölmələri birgə əməliyyatla həmin şəxsi məhv ediblər.

Dünən həmçinin Qəzza sektorunun cənubunda “sarı xətti” keçərək İsrail qüvvələrinə yaxınlaşan bir neçə silahlının da qeydə alındığı bildirilib. Onların hamısı İMQ-in hava və quru qüvvələri tərəfindən dərhal zərərsizləşdirilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
icma.az

1Sources