EN

“Golden Boy”un yeni sahibi məlum oldu


Fransanın “Paris Saint-Germain” (PSJ) klubunun hücumçusu Desire Due 21 yaşa qədər Avropanın ən yaxşı oyunçusuna verilən illik “Golden Boy” mükafatını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mükafatı təsis edən “Tuttosport” nəşri məlumat yayıb.
Qeyd edək ki, ötən mövsüm Due PSJ ilə Fransa çempionluğunu qazanıb, Fransa Kuboku və Çempionlar Liqasının qalibi olub və 2024/25 mövsümü üçün turnirin ən yaxşı gənc oyunçusu seçilib.
O, PSJ-də 61 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. Due həmçinin, 2024-cü il Paris Olimpiadasında gümüş, 2025-ci ildə Millətlər Liqasında bürünc medal qazanıb.
Chosen
58
1
yeniavaz.com

2Sources