EN

Ermənistanda skandal: Nazirlər , deputatlar rus dilində mesaj yazdılar, sonra...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanda çox sayda dövlət məmurları – nazirlər, deputatlar, icra nümayəndələri, rektorlar, müxtəlif struktur rəhbərləri kiber dələduzluğa məruz qalıblar. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

Nəşr yazır ki, “WhatsApp” tətbiqində müxtəlif vəzifəli şəxslərin adına saxta hesablar açılıb, onlar üzərindən dövlər qurumlarının əməkdaşlarına rus dilində mesajlar göndərilib. Həmin şəxslərlə bağlı bəzi suallar qeyd edilib. Mesajları alanlar bu suallara cavab verdikcə, əslində hesabın saxta olduğunu, dələduzluqla üzləşdiklərini anlayıblar. 

Məlumata görə, hətta saxta hesabların yaradıldığı nömrələr də Ermənistanda hazırda istifadə edilən nömrələrdir. Hüquq mühafizə orqanları məsələdən xəbərdardır və haker hücumunun hansı ölkədən həyata keçirildiyini öyrənməyə çalışırlar.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
59
globalinfo.az

1Sources