EN

Belçikada DRON TƏHLÜKƏSİ - Hava limanları BAĞLANDI

Brüssel və Lyej hava limanları noyabrın 4-ü axşam saatlarında dronlarla bağlı xəbərdarlıqlar səbəbindən fəaliyyətini dayandırıb.

Musavat xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Belçika hava nəqliyyatının idarə olunması mərkəzindən verilən açıqlamada bildirilir ki, ilk dron saat 20:00 radələrində Zaventem hava limanı yaxınlığında aşkar edilib. Uçuşlar təxminən iki saat sonra bərpa edilsə də, təkrarlanan dron müşahidələri səbəbindən yenidən dayandırılıb.

RTBF xəbər verir ki, 5 noyabr səhəri üçün planlaşdırılan 25 uçuşdan 10-u ləğv edilib, 5-i isə təxirə salınıb. 4 noyabr axşamı isə cəmi 41 uçuş ləğv olunub və bəzi təyyarələr digər hava limanlarına yönləndirilib.

Təhlükəsizlik və daxili işlər naziri Bernard Kventin Baş nazir Bart de Veverə Milli Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif edib.

Musavat.com

Chosen
16
musavat.com

1Sources