EN

Bakıda avtobus bir neçə maşını əzib gül dükanına çırpıldı

Bakıda marşrut avtobusu avtomobillərə çırpılaraq, gül mağazasına girib.

Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, “Çinar Trans” MMC-yə məxsus “İsuzu Citiport” markalı avtobus 5 avtomobili əzərək, gül mağazasına çırpılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, Habil Səfərəli oğlu Nəsirovun idarə etdiyi, 77-JD-819 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı sərnişin avtobusu Faiq Hüseynəli oğlu Axundovun idarə etdiyi, 99-AL-242 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra yol kənarındakı daha 3 avtomobilə dəyən avtobus gül dükanına çırpılıb.

Nəticədə, “Hyundai” markalı minik avtomobilinin sürücüsü Faiq Hüseynəli oğlu Axundov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
8
veteninfo.az

10Sources