EN

Yağıntılı hava şəraiti davam edir

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterli və intensivdir. Düşən yağıntının miqdarı Neftçalada 17, Bakıda və Abşeron yarımadasında 16, Cəlilabadda 9, Lerikdə 7, Biləsuvarda 6, Şirvan, Yardımlı, Lənkaran, Astara, Xaçmaz, Qobustanda 2, Daşkəsən, İmişli, Altıağac, Şamaxı, İsmayıllı, Şəmkir, Kürdəmir, Sabirabadda 1 mm-dək qeydə alınır.

Sumqayıt, Daşkəsən, Şəmkir, Naftalan, Şamaxı, Qobustan, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Xəbər 4 dəfə oxunub.
Chosen
27
33
xezernews.az

10Sources