EN

İşsizlikdən sığorta fondunun xərcləri 2%-dən çox artacaq

2026-cı il üzrə işsizlikdən sığorta fondunun xərcləri 266,4 milyon manat ( 2025-ci illə müqayisədə 2.2% və ya 5.7 milyon manat çox) proqnozlaşdırılır.

Aznews.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Məlumata görə, xərclərin 238.3 milyon manatı (2025-ci illə müqayisədə 15.5% çox) işsizlikdən sığorta fondunun növbəti il üzrə gəlirləri, 28.1 milyon manatı isə Fondun yaradılmış ehtiyatından qarşılanacaq.

Chosen
15
5
aznews.az

6Sources