EN

Türkiyə ilə bağlı nikbinəm - Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərdə nəzərəçarpacaq nəticələrin əldə olunmasına nikbin baxır.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, o, “Orbeli 2025: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Beynəlxalq Forumunda çıxışı zamanı bildirib:

"Bizim ABŞ-la strateji tərəfdaşlığımız, strateji dialoqumuz var, Böyük Britaniya və bir sıra Aİ dövlətləri ilə tərəfdaşlıq səviyyəsini yüksəltməyə çalışırıq. Aİ ilə əlaqələri əhəmiyyətli dərəcədə dərinləşdiririk, Rusiya Federasiyası ilə strateji tərəfdaşlığımız var. Dəfələrlə bəyan etmişik ki,yaxın qonşularla əlaqələrə böyük əhəmiyyət veririk. Gürcüstanla və İranla əla münasibətlərimiz var, Azərbaycanla sülh şəraitindəyik. Türkiyə ilə çox intensiv dialoqumuz var və əhəmiyyətli nəticələrə nail olacağımıza çox nikbin yanaşıram. Çinlə strateji tərəfdaşlıq elan etmişik”. pizza mizza

Xarici işlər naziri qeyd edib ki, Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi hazırda yalnız balans kontekstində nəzərdən keçirilə bilər: 

“Əlbəttə, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı konkret müraciət yaranan kimi bu məsələyə qayıtmağın mənası olacaq, lakin ən azı hələlik istənilən ölkə ilə münasibətlərimiz şaxələndirmə kontekstində nəzərdən keçirilə bilər”.


Telegram kanalımız
Chosen
22
yenisabah.az

1Sources