EN

Nazir:Qeyri büdcə təşkilatları üzrə daxilolmalar4,5 milyard manat proqnozlaşdırılır

BAKI, 5 noyabr. TELEQRAF

Büdcədən maliyyələşən təşkilatlar üzrə 2026-cı il üçün daxilolmalar 2,1 milyard manat, qeyri büdcə təşkilatları üzrə isə 4,5 milyard manat proqnozlaşdırılır.Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər sosial sığorta haqlarının 68%-ni təşkil edəcək.

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

Ümumilikdə 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə, 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxil olmalar 3,6% və 73,4 milyon manat, qeyri-büdcə sektoru üzrə isə daxil olmalar 13,1 faiz və ya 520,14 milyon manat artımla proqnozlaşdırılın. 2026-cı ildə DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliyə maliləşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 700 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ildə üzrə təsdiqlənmiş transfert məbləğindən 100 milyon manat və ya 6,14 faiz çoxdur.

Onu da qeyd etmək lazımdır ki, dövlət büdcəsindən transferdin, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki payının 2017-ci ildə 38%-dən 2026-cı ildə 24%-ə düşməsi proqnozlaşdırılır. Vurğulamaq istərdim ki, növbəti il üzrə dövlət büdcəsi xərcərinə dəstək göstərilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün büdcə layihəsində fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manatı yaxın məbləğdə vəsaitin növbəti ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.

Chosen
52
teleqraf.com

1Sources