EN

Əhalinin NƏZƏRİNƏ! Yaşayış minimumu artırılacaq – YENİ MƏBLƏĞ

2026-ci ildə yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat olacaq.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bügünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.

Layihələrə əsasən, yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır.

2026-ci ildə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib./bizm.media

Chosen
17
35
turkustan.az

10Sources