Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda söyləyib. O bildirib ki, Azərbaycanın köklü milli və dini dəyərləri daima dövlətin qayğısı ilə əhatələnir.
"Azəbaycanın tolerantlığı, multikultural dəyərləri və fərqliliklərə dözümlülüyü ölkəmizi digər ölkələrdən, cəmiyyətlərdən fərqləndirir. Bu fərqlilik üstünlük yox, təbii həyat tərzimizdir. Prezident İlham Əliyevin siyasəti də məhz belə bir irs çərçivəsində Azərbaycanın keçmişinə, elmi-mədəni nailiyyətlərə əsaslanır",- xanım sədr vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın paytaxtında ilk dəfə belə bir festivalın baş tutması təqdirəlayiqdir:"Ümidvaram ki, müxtəlifliyimizi, birliyimizi göstərən bu festival təkcə paytaxtda yox, digər bölgələrimizdə də keçiriləcək".
AzVision.az