İsrail 15 fələstinlinin meyitini Qəzza xəstəxanalarına təhvil verib.
Redaktor.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bununla da təhvil verilən fələstinli meyitlərin sayı 285-ə çatıb.
Qeyd edək ki, dünən daha bir israilli girovun meyiti HƏMAS tərəfindən İsrailə qaytarılıb.
HƏMAS ümumilikdə 21 israilli girovun meyitini İsrailə təhvil verib.
İsrail və sözügedən silahlı qruplaşma arasında oktyabrın 10-dan etibarən atəşkəs elan olunub və insidentlərə baxmayaraq hələ də qüvvədədir.