EN

Gürcüstanda “oğru dünyası” ilə əlaqəsi olan azərbaycanlı zərərsizləşdirildi


Gürcüstanda “oğru dünyası” ilə əlaqəsi olan 34 kriminal avtoritet saxlanılıb.
Yeniavaz.com
“Exo Kavkaza” portalına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat xüsusi təyinatlıların əməkdaşları tərəfindən Gürcüstanın bütün ərazisində həyata keçirilib.
Nazirliyin məlumatına görə, kriminal avtoritetlər “maliyyə mübahisələrinin həllində” iştirak etdiklərinə görə saxlanılıb.
Əməliyyat zamanı xaricdə yaşayan dörd şəxsə, həbsdə olan iki şəxsə və bir tanınmış “qanuni oğru”ya qarşı qiyabi ittiham irəli sürülüb.
Saxlanılanlardan biri 1973-cü il təvəllüdlü Mirzə Əliyev olub. Onun saxlanılması istiqamətində xüsusi əməliyyat sakini olduğu Laqodexi rayonunun Kabalı kəndində həyata keçirilib.
Əməliyyat zamanı xüsusi təyinatlıların əməkdaşlarına qarşı intensiv atəş açılıb. Nəticədə, xüsusi təyinatlılardan biri döş qəfəsindən ağır yara alıb. Polisin cavab atəşi nəticəsində Mirzə Əliyev zərərsizləşdirilib.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslərin mübahisələrin həllində iştirak etdikləri, şərtləri pozanlardan cərimə tələb etdikləri və onları ölümlə hədələdikləri müəyyən olunub. Kriminal avtoritet Elmuraz Məmmədovun digər şəxslərlə birlikdə bu cinayətkar fəaliyyətdə fəal iştirak etdiyi aşkar edilib.
Chosen
37
2
yeniavaz.com

3Sources