AZ

Gürcüstanda “oğru dünyası”na qarşı əməliyyat Azərbaycanlı zərərsizləşdirildi

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Gürcüstanda “oğru dünyası” ilə əlaqəsi olan 34 kriminal avtoritet saxlanılıb.

Yeniavaz.com “Exo Kavkaza” portalına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat xüsusi təyinatlıların əməkdaşları tərəfindən Gürcüstanın bütün ərazisində həyata keçirilib.

Nazirliyin məlumatına görə, kriminal avtoritetlər “maliyyə mübahisələrinin həllində” iştirak etdiklərinə görə saxlanılıblar.

Əməliyyat zamanı xaricdə yaşayan dörd şəxsə, həbsdə olan iki şəxsə və bir tanınmış “qanuni oğru”ya qarşı qiyabi ittiham irəli sürülüb.

Saxlanılanlardan biri 1973-cü il təvəllüdlü azərbaycanlı Mirzə Əliyev olub. Onun saxlanılması istiqamətində xüsusi əməliyyat sakini olduğu Laqodexi rayonunun Kabalı kəndində həyata keçirilib.

Əməliyyat zamanı xüsusi təyinatlıların əməkdaşlarına qarşı intensiv atəş açılıb. Nəticədə, xüsusi təyinatlılardan biri döş qəfəsindən ağır yara alıb. Polisin cavab atəşi nəticəsində Mirzə Əliyev zərərsizləşdirilib.

Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslərin mübahisələrin həllində iştirak etdikləri, şərtləri pozanlardan cərimə tələb etdikləri və onları ölümlə hədələdikləri müəyyən olunub. Kriminal avtoritet Elmuraz Məmmədovun digər şəxslərlə birlikdə bu cinayətkar fəaliyyətdə fəal iştirakı olduğu aşkar edilib.

Saxlanılanlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 223, 109 və 181-ci maddələri ilə cinayət işi açılıb. Bu cinayətlərə görə 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
yeniavaz.com

3Mənbələr