EN

Bakı metrosu bu gün bir saat artıq işləyəcək

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq

"Bakı Metropoliteni" QSC “Qarabağ” klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq. QSC-dən AYNA.AZ-a bildirilib ki, noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

Azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. “Gənclik” stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yarandıqda, xəttə buraxılmağa hazır olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
31
ayna.az

10Sources