EN

Milix Yevdayev: Azərbaycanı ana vətənimiz sayırıq

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu sözləri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda dilə gətirib. O vurğulayıb ki, Azərbaycanda mövcud birgəyaşayış ənənəsi bütün dünya üçün nümunə olmalıdır. “Öz əcdadımıza borcluyuq ki, bu cür gözəl ölkədə məskən salıblar. Qarabağ müharibələrində şahidi olduq ki, digər millətlər Azərbaycan xalqı ilə birgə necə çiyin-çiyinə döyüşürlər. Çünki Azərbaycan biz yəhudilərin evidir. Yaşasın Azərbaycan!", - icma sədri söyləyib. AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
2
azvision.az

3Sources