EN

“Sosial şəbəkələr narsisizm hallarını artırır” POLİTOLOQ

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Narsist insanlar özlərinə həddindən artıq güvənən və digərlərindən üstün olduqlarını düşünən şəxslərdir. Onlar daim diqqət mərkəzində olmaq və başqalarından tərif eşitmək istəyirlər.

Belə insanlar çox vaxt başqalarının hissələrinə qarşı laqeyd davranırlar. Tənqidə dözmür, həmişə haqlı olduqlarını sübut etməyə çalışırlar. Bu xüsusiyyətlər həm ailədə, həm də iş həyatında münasibətlərin pozulmasına səbəb olur.

Gununsesi.info -ya danışan ailə psixoloqu Sevinc Həbibova mövzunu belə şərh edib:

“Son illər narsisizm halları xüsusilə gənclər arasında artmaqdadır. Sosial şəbəkələrdə özünü nümayiş etdirmək ehtiyacı bu meyli daha da gücləndirir. Narsisist insanlar öz dəyərlərini başqalarının fikrinə əsasən ölçürlər. Onlar üçün sevgi, qayğı və münasibətlərdən çox, diqqət və tərif önəmlidir. Belə insanlar başqalarının duyğularını anlamaqda çətinlik çəkirlər. Tənqid onları aqressiv və müdafiəçi davranışa sövq edə bilər”.

Onun sözlərinə görə, bu vəziyyətin kökündə özünü dəyərsiz hiss etmə qorxusu dayanır.

“Narsisizmi aşkar etmək üçün insanın davranışlarını müşahidə etmək kifayətdir. Əgər o, daim diqqət mərkəzində olmaq və başqalarını idarə etmək istəyirsə, bu, aydın siqnaldır. Psixoterapiya vasitəsilə empatiya və emosional balansın bərpası mümkündür”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
icma.az

1Sources