EN

Bakıdakı bütün avtobuslarda NFC ödənişləri mümkün olacaq

Bu ilin sonuna qədər Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.

Aznews.az xəbər verir ki, bu addım sərnişinlərə metro ilə yanaşı avtobuslarda da eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.

"Bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur", - deyə şirkətdən qeyd olunub.

Artıq "Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay"lə ödəmək mümkündür. Bu yenilik bütün yerli bank sektorunu əhatə edir, şəhər nəqliyyatında nağdsız ödəniş ekosisteminin genişləndirilməsi və rəqəmsal transformasiyanın sürətlənməsi baxımından mühüm addımdır.

Chosen
14
7
aznews.az

5Sources