AZ

Avtobuslarda ilin sonunadək bank kartları ilə ödəniş edə biləcəyik - RƏSMİ

İlin sonunadək bütün marşrut avtobuslarında da NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Bakı Kart"ın operatoru "K Group" MMC-dən məlumat verilib.

Bildirilib ki, bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.

Qeyd edilib ki, bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur.

Xatırladaq ki, ötən gündən etibarən Bakı Metropoliteninin bütün stansiyalarında gediş haqqını NFC dəstəkli yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəmək mümkündür.

Seçilən
20
12
modern.az

5Mənbələr