EN

AQTA Kababxana da yoxlama keçirdi FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsində yerləşən, fiziki şəxs Haşimov Samir Ağabala oğluna məxsus “Kababxana” ictimai iaşə müəssisəsində yoxlama keçirib.

Agentlikdən "Unikal"a verilən məlumata görə, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, döşəmə və divar səthlərinin təmirsiz olduğu, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
5
unikal.az

6Sources