EN

Rəşad Məmmədovun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur - RƏSMİ AÇIQLAMA

Rəşad Məmmədovun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur - RƏSMİ AÇIQLAMA

Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovla bağlı çoxsaylı şikayətlər var. Ötən həftə onun əməliyyat etdiyi üç qadının şikayəti işıqlandırılmışdı.

Məsələ ictimailəşdikdən sonra bu dəfə eyni həkimin qurbanı olduğunu iddia edən iki qadın da öz şikayətlərini bildirib. Rüzgar Rzayevanın sözlərinə görə, iki il əvvəl sözügedən həkim tərəfindən əməliyyat edilib. Bir həftə sonra özünü pis hiss edən qadın həkimin qəbuluna yazılıb.

Bu zaman sarğı açılanda dərinin gipsə yapışdığını görüblər. Rüzgar Rzayeva iddia edir ki, həkim ona dəri köçürməsini söz versə də, daha sonra zənglərinə cavab verməyib. Burnunun çürüdüyünü iddia edən pasiyent həkimə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir.

Bəs səslənən iddialarla bağlı tədbir görüləcəkmi? Rəşad Məmmədovun həkim kimi fəaliyyət göstərməsi üçün rəsmi lisenziyası varmı?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Rəşad Məmmədovun adı Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında yer almır.

Məlumatda qeyd olunub ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə üzrə tibbi fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur və belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür:

"Qanunvericiliyə əsasən, sağlamlığa zərər vurulması halları aşkarlanarsa, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciətlər əsasında araşdırma aparır. Belə müraciət daxil olduqda, məsələ 'İnzibati icraat haqqında' və 'Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında' Qanunlara uyğun qaydada araşdırılır", – deyə açıqlamada bildirilib.

Chosen
41
10
afn.az

10Sources