AZ

Onun adı təsdiqlənmiş plastik cərrahların siyahısında yoxdur

Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmmədovla bağlı çoxsaylı şikayətlərin olması ilə bağlı məlumat yayılıb.

Bəs Rəşad Məmmədovun həkim kimi fəaliyyət göstərməsi üçün rəsmi lisenziyası varmı?

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Oxu.az-a açıqlamasında Rəşad Məmmədovun adının Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında yer almadığı bildirilib.

Məlumatda qeyd olunub ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə üzrə tibbi fəaliyyət göstərməsi qanunvericiliyin tələblərinin pozulması hesab olunur və belə hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür:

"Qanunvericiliyə əsasən, sağlamlığa zərər vurulması halları aşkarlanarsa, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxildir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yalnız təsdiqedici sənədlərlə müşayiət olunan rəsmi müraciətlər əsasında araşdırma aparır. Belə müraciət daxil olduqda, məsələ "İnzibati icraat haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunlara uyğun qaydada araşdırılır".

Milli.Az

Seçilən
18
10
milli.az

10Mənbələr