Produser Tarix Əliyev (Tolik) sosial şəbəkələrdə paylaşım edərək şəhərdəki hazırkı tıxaclara etiraz edən şəxsləri qınayıb.
“Yeni Sabah” xəbər verir ki, o, həmin şəxslərə təqsiri bir az özlərində axtarmağı tövsiyə edib:
“Heç nə olmaz, təki şəhərin mərkəzi küçəsində belə şeylər (parad - red.) üçün yolları bağlasınlar. Onsuz da paytaxtımızda onlarla alternativ yollar var. Şərt deyil ki, 5-10 manat benzin pulu cibinizi deşsin və gəlib Bulvar ətrafında fırlanasınız. Bir az özümüzdə də günah axtaraq. Siz o maşınlarda boş-boş oturursunuz. Yol polisləri isə bütün günü küçələrdədir. Normal şəkildə maşın sürməyi də bilmirsiniz. Hara tələsirsiniz? Yol kənarında dayanan yaşlı qadınlara da hörmət etmirsiniz”. Dördpendirli pizza
Aydan Hacı
Telegram kanalımız