Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ticarət nişanları 10 il müddətinə qeydiyyata alınıb
“Coca-Cola” şirkəti Rusiyada iki ticarət nişanını - "Coca-Cola" və "Sprite"-ı qeydiyyata aldırıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, Amerika şirkəti ərizələri 23 aprel 2025-ci ildə təqdim edib.
Ticarət nişanları Beynəlxalq Mal və Xidmət Təsnifatının 32-ci sinfi altında 10 il müddətinə qeydiyyata alınıb.
Bu ticarət nişanları meyvəli alkoqolsuz içkilərə, qazlı suya, alkoqolsuz içkilərə və içki essensiyalarına şamil edilir.
"Coca-Cola"nın ticarət nişanı həmçinin pivə üçün də qeydiyyata alınıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.