AZ

“Coca Cola” Rusiyada iki ticarət nişanını qeydiyyata aldırıb

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ticarət nişanları 10 il müddətinə qeydiyyata alınıb

 “Coca-Cola” şirkəti Rusiyada iki ticarət nişanını - "Coca-Cola" və "Sprite"-ı qeydiyyata aldırıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki,  Amerika şirkəti ərizələri 23 aprel 2025-ci ildə təqdim edib.

Ticarət nişanları Beynəlxalq Mal və Xidmət Təsnifatının 32-ci sinfi altında 10 il müddətinə qeydiyyata alınıb.

Bu ticarət nişanları meyvəli alkoqolsuz içkilərə, qazlı suya, alkoqolsuz içkilərə və içki essensiyalarına şamil edilir.

"Coca-Cola"nın ticarət nişanı həmçinin pivə üçün də qeydiyyata alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr