EN

Fidan Ukraynada sülhün əldə olunması yollarından danışdı: Çalışacağıq ki…

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukraynadakı münaqişənin həlli yollarını axtarmağa davam edəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, o, sülh səylərinin tərəflərin reallıqlarını və maraqlarını nəzərə almalı olduğunu qeyd etdi.

“Əminik ki, ədalətli və davamlı sülh yalnız diplomatiya yolu ilə əldə edilə bilər. Mövcud problemlər dialoq və danışıqlar yolu ilə sülhə nail olmaq üçün qətiyyətli mövqeyimizi dəyişdirməyəcək. Bu səylərin real yanaşmaya əsaslanması, tərəflərin maraqlarını əks etdirməsi və cəbhə xəttindəki vəziyyətin dinamikasına və mövcud şəraitə uyğun olması vacibdir”, – Fidan vurğulayıb

Nazir əlavə edib ki, Türkiyə beynəlxalq tərəfdaşlarla effektiv və konstruktiv əməkdaşlıq yolu ilə sülhə nail olmaq üçün məqsədyönlü səylər göstərməyə davam edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
15
1
konkret.az

2Sources