EN

Bakının məşhur ərazisində xaos: yüzlərlə insan... RƏSMİ CAVAB

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

20 Yanvar metrostansiyası yaxınlığında Sumqayıt, Xırdalan və Masazır istiqamətinə gedən sərnişinlər üçün dayanacağının olmaması narazılıq doğurub. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bildirilib ki, xüsusilə yağışlı havalarda yüzlərlə insan əziyyət çəkir.

Sözügedən əraziyə dayanacaq quraşdırılması planlaşdırılmı?

Globalinfo.az məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Qurumun media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov deyib ki, avtobus dayanacaq pavilyonları quraşdırılan zaman yol infrastrukturunun vəziyyəti mütləq qaydada nəzərə alınmalıdır:

Tural Orucov

“Sözügedən ünvana əməkdaşlarımız baxış keçirib. Qeyd edilən ərazidə avtobus dayanacaq məntəqəsi mövcud olsa da, infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən dayanacaq pavilyonunun quraşdırılması mümkün olmayıb. Aidiyyəti qurumlar infrastruktur şərait yaradarsa, dayanacaq quraşdırıla bilər”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu ərazi şəhərin ən sıx hissələrindən biridir:

Aslan Əsədov

“Buradan mütəmadi olaraq istifadə olunur və böyük sərnişin axını müşahidə edilir. Prinsip etibarilə, orada dayanacaq olmalıdır. Bunun olması isə həmin yerdə dayanma və durmanın məhdudlaşdırılması, eləcə də avtobus zolaqlarının müəyyənləşdirilməsi deməkdir. Lakin əsas məqsəd xidmətin düzgün təşkilidir. Hazırda həmin hissə avtobus dayanacağı kimi sarı xətlərlə nişanlanıb, lakin sərnişinlərin istifadə edə biləcəyi, qapalı dayanacağın yaradılması da məqsədəuyğundur. Bütün hallarda hərəkətin təhlükəsiz və səmərəli təşkili önəmlidir. Bu zaman istər avtobuslar, istərsə də digər nəqliyyat vasitələri və piyadaların hərəkəti aydın şəkildə tənzimlənəcək”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
68
3
globalinfo.az

4Sources