ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 22 milyard 566,8 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyard manat, yaxud 12,7 faiz çoxdur.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, indiyədək ölkə ərazisində 109.164 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.